Bakı. 19 iyul. REPORT.AZ/ Qətərin Azərbaycandakı yeni səfirinin adı məlum olub.
"Report" xəbər verir ki, yeni səfir zəngin karyeralı diplomat Yusuf Həsən əl-Saai (Yousuf Hassen Yousuf Al-Saai) olacaq.
Bu vəzifədə o, Səyyar bin Əbdülrəhman əl-Muavidi əvəzləyəcək.
Əldə etdiyimiz məlumata görə, yeni səfir Bakıya avqust ayında gələcək.
Qeyd edək ki, əvvəllər Y.H.Əl-Saai Qətərin Albaniyadakı səfiri vəzifəsində çalışıb.