Qətər əmiri Azərbaycana səfərə gələcək

Qətər əmiri Azərbaycana səfərə gələcək Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq
Xarici siyasət
5 Mart , 2016 15:43
Qətər əmiri Azərbaycana səfərə gələcək

Bakı. 5 mart. REPORT.AZ/ Qətər əmiri Şeyx Tamim bin Həməd Əl-Tani Azərbaycana səfər edəcək.

"Report" KUNA-ya istinadən xəbər verir ki, martın 6-da Qətər əmiri Türkmənistana səfər edib, ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşəcək.

Ertəsi gün, martın 7-də əmir Azərbaycana səfərə gələcək. Səfər zamanı bir sıra sənədlər imzalanacaq. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi