Qəbələdə meksikalı rəssam xanımın sərgisi keçiriləcək

Qəbələdə meksikalı rəssam xanımın sərgisi keçiriləcək ​Səfir: "Meksika və Azərbaycan müxtəlif sahələr üzrə əməkdaşlıq etmək üçün böyük potensiala malikdir"
Xarici siyasət
20 May , 2016 11:26
Qəbələdə meksikalı rəssam xanımın sərgisi keçiriləcək

Bakı. 20 may. REPORT.AZ/ "Meksika Və Azərbaycan müxtəlif sahələr üzrə əməkdaşlıq etmək üçün böyük potensiala malikdir".

"Report" Meksika səfirliyinə istinadən xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qəbələ rayonun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşü zaman bildirib. 

Görüşdə icra başçısı Qəbələnin qədim tarixindən və onun Azərbaycanın turizm və sənayə sahələrinin inkişafındakı rolundan danışıb. Rayonun infrastrukturun yenilənməsi və müasirləşdirilməsinə yönələn son işlər diqqətə çatdırılıb və bunun əsasında Qəbələnin turistlərin axın məkanına çevrilməsi vurğulanıb. 

Səfir Labardini ikitərəfli münasibətlərin inkişaf dinamikasını qeyd edərək, turizm sektoru daxil olmaqla, müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, görüşdə 2016-cı il iyun ayının 14-də, Qəbələ şəhərində meksikalı rəssam xanım Marqarita Moralesin sərgisinin keçirilməsi barədə razılıq əldə olunub. Qeyd olunub ki,  Bakı artıq bu rəssamın sənəti ilə 2015-ci ilin iyun ayında keçirilən sərgi sayəsində tanış olub.  Ölkənin regionları ilə əməkdaşlıq çərçivəsində  Meksika səfirliyi  2016-cı ildə Azərbaycanın müxtəlif şəhərlərində bir sıra sərgilər təşkil edəcək.

Görüşün sonunda tərəflər ikitərəfli əlaqələrin gücləndirilməsinə dair öz istəklərini ifadə edib.

Səfər zamanı Meksika səfiri Qəbələ Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib. 

Son xəbərlər

Orphus sistemi