​QDİƏT PA-nın baş katibi: "Ermənistanın Bakıda keçirilən iclasla bağlı əlavə təminat istəməsi növbəti oyundur"

​QDİƏT PA-nın baş katibi: "Ermənistanın Bakıda keçirilən iclasla bağlı əlavə təminat istəməsi növbəti oyundur" "Ermənistan hər dəfə oludğu kimi yenə qeyri-konstruktiv mövqe ortaya qoyub"
Xarici siyasət
5 May , 2015 12:09
​QDİƏT PA-nın baş katibi: Ermənistanın Bakıda keçirilən iclasla bağlı əlavə təminat istəməsi növbəti oyundur

Bakı. 5 may. REPORT.AZ/ "Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası komissiyalarının iclasında 10 ölkə iştirak edir. Ermənistan isə hər dəfə oludğu kimi yenə qeyri-konstruktiv mövqe ortaya qoydu. Ermənilər belə iclaslarda iştirak etməmək üçün müxtəlif məzmunlu məktublar yazırlar”. "Report"un məlumatına görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi Asəf Hacıyev jurnalistlərə açıqlamasında belə deyib.

A.Hacıyev bildirib ki, Azərbaycan QDİƏT Parlament Assambleyasının Bakıda keçirilən iclasları ilə bağlı Ermənistana lazımi təminatları verib: “Bu gələcəkdə də belə olacaq. Ona görə də Ermənistanın Bakıda keçirilən iclasla bağlı məktub yazması, əlavə təminat istəməsi növbəti oyundur. Bir neçə il əvvəl Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş Məclisinin iclası oldu. Həmin dövrdə beynəlxalq katiblik Ermənistana dəvət göndərmişdi. Ermənilər əvvəlcə dedilər ki, dəvət göndərilməyib, ancaq baş katib təsdiq etdi ki, dəvət göndərilib. Sonra da dedilər ki, dəvət gəlib, amma itirmişik. Artıq parlament səviyyəsində rəsmi sənəd itirilirsə, bu, qeyri-ciddilkdən və qeyri-konstruktivliyindən xəbər verir. İclaslarda iştirak etmək hər ölkənin öz işidir, təşkilat fəaliyyətini davam etdirir”.

Son xəbərlər

Orphus sistemi