QDİƏT ölkələri XİN başçılarının görüşü yayda Soçidə keçiriləcək

QDİƏT ölkələri XİN başçılarının görüşü yayda Soçidə keçiriləcək Rusiyanın sədr kimi fəaliyyətinin nəticələri XİN Şurasının iclasında elan olunacaq
Xarici siyasət
28 Mart , 2016 15:32
QDİƏT ölkələri XİN başçılarının görüşü yayda Soçidə keçiriləcək

Bakı. 28 mart. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü Soçidə keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiyanın QDİƏT sədri kimi fəaliyyətinin nəticələri XİN Şurasının iyulun 1-də keçiriləcək iclasında elan olunacaq.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və onun tərkibinə 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Son xəbərlər

Orphus sistemi