Qazaxıstanın baş nazirinin müavini Azərbaycana gələcək

Qazaxıstanın baş nazirinin müavini Azərbaycana gələcək Bakitjan Saqintayev Azərbaycan və Qazaxıstan arasında tranzitin artırılması imkanlarını müzakirə edəcək
Xarici siyasət
12 Fevral , 2016 11:55
Qazaxıstanın baş nazirinin müavini Azərbaycana gələcək

Bakı. 12 fevral. REPORT.AZ/ Gələn həftə Qazaxıstanın baş nazirinin müavini Bakitjan Saqintayev Azərbaycana gələcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstanın baş nazirinin müavini Azərbaycana səfəri zamanı Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Eyni zamanda B.Saqintayev Ələt beynəlxalq dəniz limanına baş çəkərək Azərbaycan və Qazaxıstan arasında tranzitin artırılması imkanlarını müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi