Qazaxıstan XİN başçısının müavini Azərbaycana səfər edəcək

Qazaxıstan XİN başçısının müavini Azərbaycana səfər edəcək Aleksey Volkov Bakıda keçirilən konfransda iştirak edəcək
Xarici siyasət
3 Noyabr , 2014 13:18
Qazaxıstan XİN başçısının müavini Azərbaycana səfər edəcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Qazaxıstanın xarici işlər nazirinin müavini Aleksey Volkov Azərbaycana səfər edəcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, A.Volkovun səfərinin məqsədi - Bakıda keçiriləcək Avropa qonşuluq siyasətinə həsr olunan yüksək səviyyədəki konfransda iştirak etməkdir.

Konfrans noyabr ayının 8-9-da Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində keçiriləcək. 

A.Volkovun Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi