​Qazaxıstan səfiri: "Gələcək idman tədbirlərini də Azərbaycan yüksək səviyyədə keçirəcək"

​Qazaxıstan səfiri: "Gələcək idman tədbirlərini də Azərbaycan yüksək səviyyədə keçirəcək" "Avropa Oyunlarını qəbul edərək, Azərbaycan dünyaya bir daha yüksək inkişaf səviyyəsini nümayiş etdirdi"
Xarici siyasət
29 İyun , 2015 13:16
​Qazaxıstan səfiri: Gələcək idman tədbirlərini də Azərbaycan yüksək səviyyədə keçirəcək

Bakı. 29 iyun. REPORT.AZ/ "Mən dünya idman salnaməsində həmişəlik qalacaq ilk Avropa Oyunlarının uğurla keçirilməsi ilə əlaqədar qardaş Azərbaycan xalqını təbrik edirəm".

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu barədə Bakıda keçirilən ilk Avropa Oyunlarının başa çatması ilə əlaqədar səfir Beybit İsabayevin Azərbaycan xalqına ünvanladığı təbrikində deyilir.

Diplomat, həmçinin belə bir idman tədbirinin uğurla keçirilməsi münasibətilə, başda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva olmaqla, Təşkilat Komitəsini də təbrik edib.

"21-i qızıl olmaqla, ümumilikdə 56 medal qazanaraq komanda hesabında fəxri ikinci yeri tutan Azərbaycan, bir daha dünyaya təkcə iqtisadiyyatının deyil, həm də idman və bədən tərbiyəsinin də yüksək inkişaf səviyyəsini nümayiş etdirdi", - B.İsabayev bildirib.

O, həmçinin Azərbaycanın gələcəkdə Formula-1 yarışları, İslam Həmrəyliyi Oyunları, 2020-ci il futbol üzrə Avropa çempionatı kimi böyük idman tədbirlərinin yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi