Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub.
"Report" xəbər verir ki, orden Kirill Kulakova Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarını yolasalma mərasimi zamanı təqdim edilib.
Həmçinin, bir qrup rus hərbçi sülhməramlı kontingentdə fərqləndiklərinə görə medallarla təltif olunublar.