Putin ​Azərbaycan baş nazirinin müavininə Rusiyanın "Dostluq" ordenini təqdim edib

Putin ​Azərbaycan baş nazirinin müavininə Rusiyanın "Dostluq" ordenini təqdim edib Rusiya prezidenti yerli və xarici öllkələrin vətəndaşlarına dövlət mükafatlarını təqdim edib
Xarici siyasət
10 Mart , 2016 15:01
Putin ​Azərbaycan baş nazirinin müavininə Rusiyanın Dostluq ordenini təqdim edib

Bakı. 10 mart. REPORT.AZ/ Prezident Vladimir Putin Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubova Rusiyanın "Dostluq" ordenini təqdim edib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, martın 10-da Rusiya prezidenti Vladimir Putin yerli və xarici ölkələrin vətəndaşlarına dövlət mükafatlarını təqdim edib.

Yaqub Eyyubovla yanaşı, Çexiya Respublikasının Avropa Parlamentindəki deputatı Yiriji Maştalkaya da "Dostluq" ordeni təqdim olunub.

Qeyd edək ki, Y.Eyyubov bu ada ötən il "dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına töhfəsinə görə" layiq görülüb.

Son xəbərlər

Orphus sistemi