Prezidentin köməkçisi: “Azərbaycanın ABŞ-la münasibətləri bütün sahələrdə rəvandır”

Prezidentin köməkçisi: “Azərbaycanın ABŞ-la münasibətləri bütün sahələrdə rəvandır” “Azərbaycanın bütün dövlətlərlə münasibətləri çox rəvan, proqramlaşdırılmış, qarşılıqlı maraqlara söykənir”
Xarici siyasət
31 May , 2016 11:09
Prezidentin köməkçisi: “Azərbaycanın ABŞ-la münasibətləri bütün sahələrdə rəvandır”

Bakı. 31 may. REPORT.AZ/ "Azərbaycanın bütün dövlətlərlə, eləcə də ABŞ-la, Avropa dövlətləri ilə həm ikitərəfli, həm çox tərəfli münasibətləri çox rəvan, proqramlaşdırılmış, qarşılıqlı maraqlara söykənir".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Bu ölkələr sırasında da ABŞ xüsusi əhəmiyyət kəsb edir. Bütün sahələrdə bu ölkə ilə Azərbaycanın münasibəti rəvandır", - Ə.Həsənov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi