Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB Bu, onu göstərir ki, bizim əlaqələrimiz necə sürətlə inkişaf edir.
Xarici siyasət
7 Avqust , 2016 15:12
Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

Bakı. 7 avqust. REPORT.AZ/ Avqustun 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

"Report"un verdiyi məlumata görə, görüşdə çıxış edən prezident İlham Əliyev deyib:

- Bir daha xoş gəlmisiniz, cənab prezident. Sizi ürəkdən salamlayıram. Çox şadam ki, biz sizinlə tez-tez görüşürük. Bu ilin fevral ayında mən İranda rəsmi səfərdə idim. İndi siz bizim qonağımızsınız. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, bizim əlaqələrimiz necə sürətlə inkişaf edir. Bu gün səfər çərçivəsində bir çox məsələlər müzakirə ediləcək və əminəm ki, nəticələr də yaxşı olacaq. Bir daha xoş gəlmisiniz.

İran prezidenti Həsən Ruhani deyib:

- Bir daha bu gözəl şəhərdə, xüsusilə Azərbaycan xalqı ilə görüşdüyümə görə çox şadam. Şübhəsiz ki, bizim əlaqələrimiz səmimiyyətlə və uğurla inkişaf edir. Zati-alilələrinin Tehrana səfəri çox uğurlu səfər idi və çox düzgün addımlar atılmışdı. Ümid edirəm ki, münasibətlərin genişləndirilməsi üçün bu səfərdə yeni addımlar atılacaq. Yaxşı münasibətlərimiz həm ikitərəfli, həm də regional çərçivədə çox əhəmiyyətlidir, müsbət haldır.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi