Prezident Ruhani: "Görüşlərin və danışıqların hər birində İranla Azərbaycan arasında əlaqələrin inkişafının şahidi olmuşuq"

Prezident Ruhani: "Görüşlərin və danışıqların hər birində İranla Azərbaycan arasında əlaqələrin inkişafının şahidi olmuşuq" "Bunun müsbət nəticələrindən biri Tehranla Bakı arasında imzalanmış 11 əməkdaşlıq sazişidir"
Xarici siyasət
23 Fevral , 2016 15:52
Prezident Ruhani: Görüşlərin və danışıqların hər birində İranla Azərbaycan arasında əlaqələrin inkişafının şahidi olmuşuq

Bakı. 23 fevral. REPORT.AZ/ İran İslam Respublikası və Azərbaycan prezidentləri qarşılıqlı, regional və beynəlxalq məsələlərdə, həmçinin Tehran-Bakı münasibətlərinin inkişafında həmrəy olduqlarını vurğulayıblar.

"Report"un İran prezidentinin saytına istinadən verdiyi məlumata görə, Prezident Ruhani çərşənbə axşamı Tehranda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı keçirib və son 30 ay ərzində keçirilmiş 5 mərhələli danışıqlar və müzakirələri qeyd edərək bildirib: "Görüşlərin və danışıqların hər birində İranla Azərbaycan arasında əlaqələrin inkişafının şahidi olmuşuq".

"BHFP-dən (Birgə Hərtərəfli Fəaliyyət Planı) və sanksiyaların aradan qaldırılmasından sonra keçirilən bugünkü iclasda bütün sahələrdə birgə fəaliyyət göstərmək üçün lazımi şərait mövcuddur", - deyə Ruhani bildirib.

O əlavə edib ki, hər iki ölkənin hökumətlərarası birgə komissiyası son iki il ərzində çox fəal olub: "Bunun müsbət nəticələrindən biri Tehranla Bakı arasında imzalanmış 11 əməkdaşlıq sazişidir". 

Son xəbərlər

Orphus sistemi