Bakı. 2 may. REPORT.AZ/ Rusiyaya qarşı sanksiyaların tətbiqi Azərbaycan iqtisadiyyatına təsir etməyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti
Jurnalistin sualını cavablandıran Prezident qeyd edib ki, Rusiyada yaşayan və işləyən azərbaycanlıların pul gəlirləri müəyyən dərəcədə azalıb. "Lakin bu göstərici daxili məhsulumuzun kiçik həcmini təşkil etdiyindən iqtisadiyyata böyük təsir göstərməyib".
Prezident vurğulayıb ki, ümumilikdə Azərbaycanda həyat səviyyəsi yüksəlir. "Bu ilin 3 ayı ərzində iqtisadiyyat 5,3%, iqtisadiyyatın qeyri-neft sahəsi isə 7% artıb. Neftin qiymətinin düşməsi və Rusiyaya qarşı sanksiyalarla bağlı yaranan vəziyyətə baxmayaraq, Rusiya bizim ən əsas ticari tərəfdaşlarımızdan biridir. İqtisadiyyatın diversifikasiyası və islahatlar Azərbaycana dinamik inkişaf etməyə imkan verir", - İ.Əliyev bildirib.
"Sanksiyalara gəldikdə isə, bizim mövqeyimiz hər zaman birmənalı olub, biz beynəlxalq münasibətlərin bu formasına qarşıyıq", - prezident qeyd edib. O xatırladıb ki, vəziyyətin
"Biz dialoqun, bütün çətin məsələlərin qarşılıqlı etimad şəraitində danışıqlar yolu ilə həllinin tərəfdarıyıq", - Prezident vurğulayıb.