Prezident İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib

Prezident İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib O, Azərbaycan Prezidentinin konfransa ünvanladığı müraciətin əhəmiyyətini xüsusi vurğulayıb
Xarici siyasət
21 Noyabr , 2014 16:23
Prezident İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının işində iştirak etmək üçün Bakıda səfərdə olan Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popovanı qəbul edib. “Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O, Azərbaycan Prezidentinin konfransa ünvanladığı müraciətin əhəmiyyətini xüsusi vurğulayıb.

Söhbət zamanı Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının Bakıda keçirilməsinin önəmi qeyd olunub, sessiyada müzakirə edilən məsələlərin bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi