Prezident İlham Əliyev Yunanıstanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Yunanıstanın xarici işlər nazirini qəbul edib Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
2 Fevral , 2016 20:40
Prezident İlham Əliyev Yunanıstanın xarici işlər nazirini qəbul edib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib. Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı səfər zamanı əməkdaşlığımızın bir çox sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildirib. Yunanıstanın iki Prezidentinin Azərbaycana rəsmi səfərə gəldiklərini, özünün isə iki dəfə Yunanıstanda rəsmi səfərdə olduğunu xatırlayan Prezident İlham Əliyev bunu əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Ölkələrimizin qədim tarixə və özünəməxsus mədəniyyətə malik olduqlarını qeyd edən Yunanıstanın xarici işlər naziri Nikos Kotzias xalqlarımızın bir çox ümumi dəyərlərə sahib olduğunu və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün bu potensialdan səmərəli surətdə istifadə etməyin vacibliyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi