İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib Dövlət başçısı zəlzələ nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirib
Xarici siyasət
17 Aprel , 2016 07:25
İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya başsağlığı verib.

"Report" xəbər verir ki, başsağlığında deyilir:

"Əlahəzrət, ölkənizdə baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm". 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti 

Bakı,17 aprel 2016-cı il.

Son xəbərlər

Orphus sistemi