Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib Dövlət başçısı və xanımını Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar
Xarici siyasət
13 Aprel , 2016 14:06
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gediblər.

“Report”un xəbərinə görə, İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi