Prezident İlham Əliyev Tatarıstanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Tatarıstanın dövlət başçısını təbrik edib "Sizi Tatarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirəm"
Xarici siyasət
18 Sentyabr , 2015 18:31
Prezident İlham Əliyev Tatarıstanın dövlət başçısını təbrik edib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli Rüstəm Nurqaliyeviç,

Sizi Tatarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında sıx dostluq telləri və mehriban münasibətlər bundan sonra da möhkəmlənəcək və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çoxplanlı əməkdaşlığın dinamik inkişafına kömək edəcək.

Sizi və Tatarıstanın bütün müsəlmanlarını həm də birlik, xeyirxahlıq və mərhəmət kimi ali mənəvi dəyərlərin təcəssümü olan müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tatarıstan xalqına sülh və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi