​Prezident İlham Əliyev sinqapurlu həmkarına məktub göndərib

​Prezident İlham Əliyev sinqapurlu həmkarına məktub göndərib “Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm”
Xarici siyasət
8 Avqust , 2015 18:07
​Prezident İlham Əliyev sinqapurlu həmkarına məktub göndərib

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yamaya təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah arzulayıram”.

Son xəbərlər

Orphus sistemi