Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının kralını və vəliəhdini təbrik edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının kralını və vəliəhdini təbrik edib "Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram"
Xarici siyasət
22 Sentyabr , 2015 18:33
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının kralını və vəliəhdini təbrik edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Eyni zamanda, Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuda da təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza daim sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi