Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib “Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”
Xarici siyasət
13 Fevral , 2016 18:14
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.

Son xəbərlər

Orphus sistemi