Prezident İlham Əliyev Özbəkistan səfirliyində olub

Prezident İlham Əliyev Özbəkistan səfirliyində olub O, Prezident İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib
Xarici siyasət
5 Sentyabr , 2016 10:20
Prezident İlham Əliyev Özbəkistan səfirliyində olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyində olub.

“Report”un xəbərinə görə, dövlət başçısı Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə söhbət edib və ona başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi