​Prezident İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

​Prezident İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
4 İyun , 2015 11:52
​Prezident İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul edib. “Report”un xəbərinə görə, səfir Xuan Rodrigo Labardini Flores fəxri qarovul dəstəsinin qarşısından keçib. O, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi