Prezident İlham Əliyev Latviyanın yeni seçilən dövlət başçısı ilə görüşüb

Prezident İlham Əliyev Latviyanın yeni seçilən dövlət başçısı ilə görüşüb Dövlət başçısı Raymonds Veyonisi Latviyanın Prezidenti seçilməsi münasibətilə təbrik edib
Xarici siyasət
22 İyun , 2015 13:26
Prezident İlham Əliyev Latviyanın yeni seçilən dövlət başçısı ilə görüşüb

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də Latviyanın yeni seçilən Prezidenti Raymonds Veyonis ilə görüşüb.

"Report" xəbər verir ki, dövlət başçısı Raymonds Veyonisi Latviyanın Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu deyib, iki ölkənin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi