Prezident İlham Əliyev Kosta-Rikanın xarici işlər və etiqad nazirini qəbul edib

Prezident İlham Əliyev Kosta-Rikanın xarici işlər və etiqad nazirini qəbul edib İlham Əliyev Azərbaycanla Kosta-Rika Respublikası arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyib
Xarici siyasət
19 Oktyabr , 2015 13:18
Prezident İlham Əliyev Kosta-Rikanın xarici işlər və etiqad nazirini qəbul edib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

"Report"un məlumatına görə, Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyən Prezident İlham Əliyev nazir Manuel Qonzales Sanzın Azərbaycana səfərini iki ölkə arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən dövlət başçısı Azərbaycanın ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb, əlaqələrin gələcəkdə müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə genişləndirilməsinin vacibliyini qeyd edib.

Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz indiyədək Azərbaycana Kosta-Rikadan ən yüksək səviyyəli dövlət nümayəndəsi kimi səfər etməsindən məmnunluğunu bildirib. O, Bakıda gördüyü sürətli inkişaf proseslərinin, paytaxtda həyata keçirilən abadlıq və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyib. 

Nazir öz növbəsində ölkəsinin Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.

Son xəbərlər

Orphus sistemi