Prezident İlham Əliyev İSESKO-nun baş direktorunu “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev İSESKO-nun baş direktorunu “Dostluq” ordeni ilə təltif edib Azərbaycan Prezidenti sərəncam imzalayıb
Xarici siyasət
26 Noyabr , 2015 13:34
Prezident İlham Əliyev İSESKO-nun baş direktorunu “Dostluq” ordeni ilə təltif edib

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə Azərbaycan Respublikası arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri “Dostluq” ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi