​Prezident İlham Əliyev İSESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edir - ƏLAVƏ OLUNUB

​Prezident İlham Əliyev İSESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edir - ƏLAVƏ OLUNUB Tədbir “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb
Xarici siyasət
26 Noyabr , 2015 10:24
​Prezident İlham Əliyev İSESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edir - ƏLAVƏ OLUNUB

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının XII sessiyası işə başlayıb.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər.

Tədbir “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Dövlət başçısı sessiyanın açılışında çıxış etdi.

Prezident İlham Əliyev onun sərəncamı ilə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və yüksək dövlət mükafatını ona təqdim edib.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirib.

Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatı təqdim edilib.

İSESKO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş Konfrans zamanı təşkilatın fəaliyyət sferalarına aid olan məsələlərlə bağlı koordinasiya və qiymətləndirmə həyata keçirilir, təşkilatın növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənəcək.

Tədbirə ev sahibliyi edən ölkə nümayəndəsinin XII baş konfransında quruma baş direktor seçilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Baş Konfrans hər üç ildən bir keçirilir. Onun işində təşkilata üzv dövlətlərin İSESKO səlahiyyətlərinə aid sahələrdə çalışan nazirləri iştirak edir. Əvvəlki görüş 2012-ci ildə Ər-Riyad şəhərində (Səudiyyə Ərəbistanı) keçirilib. Azərbaycan isə 1991-ci ildən İSESCO-nun üzvüdür.

Xatırladaq ki, konfrans çərçivəsində İSESCO-nun (Təhsil məsələləri üzrə İslam təşkilatı) İcraiyyə Şurasının 36-cı sessiyası da keçirilib.

Son xəbərlər

Orphus sistemi