Prezident İlham Əliyev ​indoneziyalı və qabonlu həmkarlarını təbrik edib

Prezident İlham Əliyev ​indoneziyalı və qabonlu həmkarlarını təbrik edib Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək
Xarici siyasət
16 Avqust , 2016 18:18
Prezident İlham Əliyev ​indoneziyalı və qabonlu həmkarlarını təbrik edib

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Qabon Respublikasının prezidenti Ali Bonqo Ondimbaya də təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident,

Qabon Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qabon arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qabon xalqına sülh və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi