Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində aktiv fəaliyyətini yüksək qiymətləndirib
Xarici siyasət
15 İyul , 2016 12:11
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının nümayəndə heyətini qəbul edib

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də İsveçrə Konfederasiyasının Maliyyə Departamentinin rəhbəri, Federal Kansler Urlix Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un məlumatına görə, İsveçrə Konfederasiyasının maliyyə naziri Ulrix Maurer səfərinin məqsədi və keçirdiyi görüşlər barədə dövlət başçısına məlumat verib. İsveçrə-Azərbaycan münasibətlərinə toxunan qonaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətinin önəmini qeyd edərək, iki ölkə arasında mövcud olan yaxşı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında çox səmərəli ikitərəfli əlaqələrin mövcudluğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu deyib. Enerji sahəsində əməkdaşlığa toxunan dövlət başçısı İsveçrə Konfederasiyasının TAP layihəsinə verdiyi dəstəyin önəmini qeyd edib.

Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində aktiv fəaliyyətini yüksək qiymətləndirib. 

Son xəbərlər

Orphus sistemi