Prezident İlham Əliyev İsrailin sabiq dövlət başçısı Şimon Peresi qəbul edib

Prezident İlham Əliyev İsrailin sabiq dövlət başçısı Şimon Peresi qəbul edib Söhbət zamanı Azərbaycan ilə İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
1 Oktyabr , 2015 19:21
Prezident İlham Əliyev İsrailin sabiq dövlət başçısı Şimon Peresi qəbul edib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İsrail dövlətinin sabiq prezidenti Şimon Peresi qəbul edib.

"Report"un məlumatına görə, görüşdə Prezident İlham Əliyev ilə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşləri məmnunluqla xatırlanıb.

İsrail dövlətinin sabiq prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi