​Prezident İlham Əliyev hindistanlı həmkarına başsağlığı verib

​Prezident İlham Əliyev hindistanlı həmkarına başsağlığı verib “Çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi”
Xarici siyasət
11 Aprel , 2016 12:38
​Prezident İlham Əliyev hindistanlı həmkarına başsağlığı verib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə başsağlığı verib. “Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Paravur şəhərindəki Puttinqal məbədində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Son xəbərlər

Orphus sistemi