Prezident İlham Əliyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini qəbul edib - ƏLAVƏ OLUNUB Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd olunub
Xarici siyasət
3 Avqust , 2016 12:38
Prezident İlham Əliyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurini qəbul edib.

"Report"un məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik orqanları arasında genişləndirilməsinin önəmi qeyd olunub. Azərbaycan ilə Gürcüstanın xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətinin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verdiyi vurğulanıb. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında informasiya mübadiləsinin aparılması və əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Dövlət başçısı Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın baş nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi