​Prezident İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib

​Prezident İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib İkitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
11 İyun , 2015 16:07
​Prezident İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəyə səfərə gələn Gürcüstanın baş naziri İrakli Qaribaşvilini iyunun 11-də qəbul edib. 

“Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmi qeyd edilib və bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

Söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi