Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib

Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib “Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin sabitliyə, əmin-amanlığa və inkişafa dəstəyinin və milli iradəsinin parlaq təzahürüdür”
Xarici siyasət
2 Noyabr , 2015 13:19
Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğluya təbrik məktubu ünvanlayıb. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin sabitliyə, əmin-amanlığa və inkişafa dəstəyinin və milli iradəsinin parlaq təzahürüdür.

Əminəm ki, zamanın sınaqlarından çıxmış strateji tərəfdaşlıq əlaqələrimiz və müstəsna xarakter daşıyan münasibətlərimiz xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcək.

Zəfər sevincinizi Sizinlə bölüşür, Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm”.

Son xəbərlər

Orphus sistemi