Prezident İlham Əliyev Əhməd Davudoğluna təbrik məktubu göndərib

Prezident İlham Əliyev Əhməd Davudoğluna təbrik məktubu göndərib "Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm"
Xarici siyasət
8 İyun , 2015 14:46
Prezident İlham Əliyev Əhməd Davudoğluna təbrik məktubu göndərib

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Əhməd Davudoğluna təbrik məktubu göndərib. "Report"un xəbərinə görə, məktubda deyilir ki, başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm: "Partiyanızın bu seçkilərdə topladığı səslər Türkiyə cəmiyyəti tərəfindən Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətə inam və dəstəyin bariz ifadəsidir.

Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi