Bakı. 27 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb. “Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:
“Dominikan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram”.