Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə məktub göndərib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə məktub göndərib “Bu gün Azərbaycan-Çin münasibətləri dinamik inkişaf yolundadır”
Xarici siyasət
30 Sentyabr , 2015 18:21
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə məktub göndərib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Çin münasibətləri dinamik inkişaf yolundadır. Əlaqələrimizin bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran işgüzar əməkdaşlığımızın daha da inkişaf etdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və firavanlıq diləyirəm”.

Son xəbərlər

Orphus sistemi