Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri ilə görüşüb

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri ilə görüşüb Görüşdə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparılıb
Xarici siyasət
13 Aprel , 2016 17:59
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri ilə görüşüb

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə münasibətlərimizin dinamik inkişafından məmnunluq ifadə edilib, qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək üçün yaxşı imkanların olduğu bildirilib. Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparılıb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Dövlət başçısı dəvətə görə minnətdarlığını bildirbi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini Azərbaycana səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi