Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib "İctimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi"
Xarici siyasət
31 Yanvar , 2015 14:04
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliyevə bu ölkənin sabiq dövlət başçısı Jelyu Jelevin vəfatı ilə əlaqədar başsağlığı məktubu göndərib. “Report”un xəbərinə görə, məktubda deyilir:

“Bolqarıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, bütün Bolqarıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Son xəbərlər

Orphus sistemi