Prezident İlham Əliyev BMT-nin baş katibinin müavinini qəbul edib

Prezident İlham Əliyev BMT-nin baş katibinin müavinini qəbul edib Görüşdə Azərbaycan-BMT əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
2 Fevral , 2016 20:34
Prezident İlham Əliyev BMT-nin baş katibinin müavinini qəbul edib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Şamşad Axtarı qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi, xanım Şamşad Axtarın ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Söhbət zamanı regional əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb, dünyada mövcud olan maliyyə böhranı şəraitində iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətindən danışılıb, Azərbaycanda bu istiqamətdə işlərin uğurla həyata keçirildiyi bildirilib.

Görüşdə, eyni zamanda, Azərbaycan-BMT əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi