Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyev Azərbaycanda təhsilə dövlət səviyyəsində böyük qayğının göstərildiyini qeyd edərək bu sahənin ölkənin inkişafının əsas prioritetlərindən biri olduğunu vurğulayıb, gənc nəslin hərtərəfli inkişafı istiqamətində, o cümlədən peşəkar tibb kadrlarının yetişdirilməsi sahəsində ölkədə genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib.
Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.