Prezident İlham Əliyev Belçika kralına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Belçika kralına təbrik məktubu göndərib "Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram"
Xarici siyasət
20 İyul , 2015 17:30
Prezident İlham Əliyev Belçika kralına təbrik məktubu göndərib

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikanın Kralı Əlahəzrət Filippə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Belçikanın milli bayramı – Kralın andiçmə günü münasibətilə Sizi və Sizin simanızda bütün belçikalıları şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi