Prezident İlham Əliyev​ Azərbaycanla Türkiyə arasında Birgə Bəyanatın təsdiq edilməsi haqqında qərar imzalayıb

Prezident İlham Əliyev​ Azərbaycanla Türkiyə arasında Birgə Bəyanatın təsdiq edilməsi haqqında qərar imzalayıb Birgə Bəyanat bu il yanvarın 15-də Ankara şəhərində imzalanıb
Xarici siyasət
16 İyul , 2015 16:27
Prezident İlham Əliyev​ Azərbaycanla Türkiyə arasında Birgə Bəyanatın təsdiq edilməsi haqqında qərar imzalayıb

Bakı. 16 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair” Birgə Bəyanatın təsdiq edilməsi haqqında qanunu təsdiqləyən qərar imzalayıb. 

"Report" xəbər verir ki, qanun bir müddət əvvəl Milli Məclisdə qəbul edilib. 

Qərara əsasən, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair” 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Birgə Bəyanat təsdiq edilib. 

Son xəbərlər

Orphus sistemi