Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb
Xarici siyasət
20 Sentyabr , 2016 10:46
Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.

“Report”un xəbərinə görə, görüşdə korrupsiya halları ilə mübarizənin önəmi qeyd edilib, avropalı qonaqlar bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlərə, o cümlədən “ASAN xidmət”in fəaliyyətinə böyük maraq göstərdiklərini deyiblər.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi