Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib Dövlət başçısı İlham Əliyev ATƏT sədrinin Bakıya səfərinin önəmini qeyd edib
Xarici siyasət
1 İyun , 2015 13:55
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Report" xəbər verir ki, İvitsa Daçiç ilə son görüşünü məmnunluqla xatırlayan dövlət başçısı İlham Əliyev onun ATƏT-in sədri kimi Azərbaycana səfərinin önəmini qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını dövlət başçısına çatdırıb. Serbiyalı qonaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində ölkəsinin Prezidentinin iştirak edəcəyini vurğulayıb. Serbiyanın Baş naziri Aleksandr Vuçiçin bu yaxınlarda Azərbaycana səfərinə toxunan İvitsa Daçiç onun bu səfərdən çox məmnun qaldığını deyib.

Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi