​Prezident İlham Əliyev Angela Merkelə başsağlığı verib

​Prezident İlham Əliyev Angela Merkelə başsağlığı verib “Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi”
Xarici siyasət
23 İyul , 2016 14:40
​Prezident İlham Əliyev Angela Merkelə başsağlığı verib

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli xanım Federal Kansler,

Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Son xəbərlər

Orphus sistemi