Prezident İlham Əliyev Albaniya və Mavritaniyanın dövlət başçılarını təbrik edib

Prezident İlham Əliyev Albaniya və Mavritaniyanın dövlət başçılarını təbrik edib "Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir"
Xarici siyasət
27 Noyabr , 2015 18:33
Prezident İlham Əliyev Albaniya və Mavritaniyanın dövlət başçılarını təbrik edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Buyar Nişaniyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Albaniya əməkdaşlığı, xüsusən də enerji sahəsində atdığımız addımlar ikitərəfli münasibətlərimizin inkişafına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim sülh və firavanlıq arzulayıram".

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizə də təbrik məktubu göndərib. Təbrik mətnində bildirilir: 

"Hörmətli cənab Prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".

Son xəbərlər

Orphus sistemi