Polşa baş nazirinin müavini Azərbaycana gəlib

Polşa baş nazirinin müavini Azərbaycana gəlib Sabah Bakıda Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Xarici siyasət
14 Dekabr , 2014 21:00
Polşa baş nazirinin müavini Azərbaycana gəlib

Bakı. 14 dekabr. REPORT.AZ/ Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski Azərbaycana rəsmi səfərə gəlib. "Report" xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu Azərbaycanın yüksəkvəzifəli rəsmi şəxsləri qarşılayıb. 

Y.Pexoçinski ilə birgə Azərbaycana polşalı iş adamlarından ibarət geniş nümayəndə heyəti gəlib. 

Səfərin əsas məqsədi Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının 6-cı iclasında iştirak etməkdir. Azərbaycan tərəfindən komissiyanın həmsədri energetika naziri Natiq Əliyevdir.

İclasda iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi