​Politoloq: "Azərbaycanın AİB-ə üzv olması mümkün deyil"

​Politoloq: "Azərbaycanın AİB-ə üzv olması mümkün deyil" "Təşkilatın nizamnaməsinə görə bütün üzv dövlətlər öz sərhədlərini açmalıdır"
Xarici siyasət
25 Dekabr , 2014 18:06
​Politoloq: Azərbaycanın AİB-ə üzv olması mümkün deyil

Bakı. 25 dekabr. REPORT.AZ/ "Avrasiya İqtisadi Birliyi (AİB) fəaliyyətə başlamamış müəyyən problemlərlə qarşılaşıb". Bu barədə "Report"a politoloq İlqar Vəlizadə AİB-in fəaliyyətinin perspektivlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar rəsmi Moskva və onun əsas ticarət tərəfdaşlarının münasibətlərinə mənfi təsir göstərib: "Belarus və Rusiya arasında müəyyən problemlər mövcud idi, Rusiya və Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq proqramların həyata keçirilməsi zamanı da müəyyən problemlər yaranıb. Söhbət AİB ölkələri ərazisində malların sərbəst keçidini nəzərdə tutan bənddən gedir. Həmçinin bugünkü təzyiq planında birliyin özünü necə göstərəcəyi məlum deyil, çünki hər bir ölkə öz bazarını müdafiə etməyə çalışır və bundan irəli gələrək öz xarici siyasətini qurur. Heç kim öz sosial-iqtisadi sabitliyini riskə atmaq istəmir".

Ermənistanın AİB-də üzvlüyündən danışan politoloq qeyd edib ki, ölkə ekspertləri bu təşkilatda üzvlüyün Yerevan üçün hansı nəticələrə gətirib çıxara biləcəyini tam dərk etmirlər: "Ermənistan AİB-ə daxil olmaqla regionda iqtisadi planda qapalı vəziyyətə düşür, çünki Gürcüstan Avropa Birliyi ilə müqaviləyə əsasən malların gətirilməsinə, xüsusilə də AİB üçün nəzərdə tutulmuş malların idxal-ixracına müəyyən məhdudiyyətlər qoymalıdır. Gürcüstanın avropalı tərəfdaşları ölkədə Rusiya barəsində sanksiyaların həyata keçirilməsinə ciddi nəzarət edəcəklər, bu da bilavasitə Ermənistan iqtisadiyyatına təsir edə bilər".

Bundan başqa, İ.Vəlizadə qeyd edib ki, Ermənistanın brliyə daxil olması əmək qabiliyyəti olan əhalinin ölkəni tərk etməsinə gətirib çıxaracaq: "Bu gün Ermənistanın 200 minə yaxın əmək qabiliyyəti olan vətəndaşı Rusiyaya qazanc dalınca gedib. Onlar pasporta möhürün vurulması üçün üç ayda bir dəfə Ermənistana getməli və daha sonra iş yerlərinə qayıtmalıdılar. AİB-ə daxil olduqdan sonra buna ehtiyac qalmayacaq, bu isə 200 min nəfər, üstəlik də onların ailələrinin Rusiyada qalması deməkdir, yəni Ermənistan xeyli sayda əmək qabiliyyəti olan vətəndaşından olacaq". 

Politoloq həmçinin bildirib ki Azərbaycanın AİB-ə üzvlüyünü mümkün saymır: "Ermənistanın AİB üzvü olduğu müddətdə Azərbaycanın birliyə daxil olması istisna edilir, çünki Ermənistan təcavüzkar ölkədir, təşkilatın nizamnaməsinə görə isə bütün üzv dövlətlər öz sərhədlərini açmalıdır. Bu, real deyil, çünki bizim bu ölkə ilə münaqişəmiz var".  

Son xəbərlər

Orphus sistemi